XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Formula 1 daha bir neçə ölkədə ləğv olundu
İdman 18:18 / 25.07.2020

Formula 1 yarışlarının rəhbərliyi ABŞ, Kanada, Meksika və Braziliyada yarışların keçirilməsindən imtina edib. Koronavirus pandemiyasının qarşısını almaq məqsədi ilə Şimali və Cənubi Amerikada Formula 1 mərhələlərinin ləğv olunmasına qərar verilib. Yarışın başlanması Portuqaliyanın Portiman şəhərində olacaq.

"COVİD-19-un xüsusiyyətlərini, yerli məhdudiyyətləri və həmkarlarımızın təhlükəsizliyini nəzərə alaraq, bu mövsüm Braziliya, Meksika və ABŞ-da başlanğıcların keçirilməsi mümkün deyil”, - deyə təşkilatdan bildiriblər. Mərhələlər Portimanla yanaşı, İtaliya və Almaniyada keçiriləcək.
Beləliklə, Formula 1 pandemiya səbəbi ilə artıq 11 başlanğıcını ləğv edib. Təşkilat Avstraliya, Fransa, Niderland, Azərbaycan, Sinqapur və Yaponiyadakı yarışlardan imtina edib. Yenilənmiş təqvim 13 mərhələdən ibarətdir. Final yarışları dekabrın ortalarında Bəhreyn və Abu Dabidə keçiriləcək.



32268 oxunub

InvestAZ