XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



İtkin düşən Olimpiya çempionunun cəsədi tapılıb
İdman 16:54 / 25.07.2020

Keçmiş güləşçi Aleksandr İvanitski vəfat edib.​ Bu barədə "Telegram-kanal 112" məlumat verib. Məlumata görə, 82 yaşlı A.İvanitskinin cəsədi Moskva ətrafında tapılıb.

Xatırladaq ki, keçmiş idmançı iyulun 22-də göbələk yığmaq üçün​ meşəyə gedib və geri qayıtmayıb. Xilasedicilər onun Veyn çayında boğulduğunu güman edirdilər. Belə ki, çayın sahilində səliqəli şəkildə yığılan əşyalar buna əsas verirdi.
Qeyd edək ki, Aleksandr İvanitski Sovet sərbəst güləşçisi və samboçusu, sərbəst güləş üzrə SSRİ çempionatlarının qalibi və mükafatçısı, sambo üzrə SSRİ çempionatının mükafatçısı, sərbəst güləş üzrə dəfələrlə dünya çempionu, 1964-cü il Olimpiya çempionu, SSRİ əməkdar idman ustasıdır.


44558 oxunub

InvestAZ