XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



DÇ-nin ən yaşlı qapıçısı karyerasını başa vurdu
İdman 13:00 / 25.07.2020

Misirli qapıçı​​ Essam əl-Hadari​ 47 yaşında karyerasını başa vurub.​ Bu barədə təcrübəli qolkiperin özü açıqlama verib. O, futboldan gedişini ikinci həyat yoldaşından ayrılması kimi dəyərləndirib. Bir daha yaşıl meydanlara dönməyəcəyini deyən Əl-Hadarinin fikrincə, bütün futbol sistemi səhvlərlə doludur, klub rəhbərləri isə bir-birilərinə hücum edirlər: "Qoy​ oyunçulara Allahın özü kömək olsun. Futbol keçmişimə əvəz olunacaq bir şeyim yoxdur. Misirdə məndən yaxşı qapıçı yox idi. Yalnız Nader əl-Sayedin oynamağa başladığı 1998-ci ildən sonra ehtiyat oyunçular skamyasında oturdum".​

Qeyd edək ki, təcrübəli qapıçının son klubu "Noqum" olub. Avropada isə o, 2008/2009 mövsümündə İsveçrə "Syon"unun formasını geyinib. Essam əl-Hadari 7 qat Misir çempionu, ölkə kubokunun 4 qat sahibi, Superkubokun və Afrika Çempionlar Liqasının qalibidir. O, Misir millisinin heyətində 4 dəfə Afrika Millətlər Kubokunu, "Syon"da isə İsveçrə Kubokunu əldə edib. Əl-Hadari 2018-ci ildə Rusiyada keçirilmiş dünya çempionatı zamanı Səudiyyə Ərəbistanı ilə görüşdə 45 yaş 161 günündə meydana çıxıb. 1:2 hesabı ilə uduzduqları qarşılaşmada penaltini dəf etmiş qapıçı mundiallar tarixinin ən yaşlı oyunçusu ünvanına sahib çıxıb. ​ ​ 


35063 oxunub

InvestAZ