XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Yığmamızın gənc üzvü vəfat etdi​​ ​
İdman 11:34 / 25.07.2020

Qadınlardan ibarət Azərbaycan milli komandasının üzvü olmuş​​ Nino Qurqenidze​ dünyasını dəyişib. AFFA-nın rəsmi "facebook" səhifəsində yer alan xəbərə görə, 20 yaşlı hücumçu uzun sürən xəstəlikdən sonra vəfat edib.​ Qurgenidze son olaraq​ Azərbaycanın U-19 yığmasında 2018-ci ilin 3-9 oktyabrında Türkiyədə Avropa çempionatının seçmə oyunlarında meydana çıxıb.​​ Həmin görüşlərdə Türkiyəyə​​ 0:2, İsveçrəyə​​ 0:3​ hesabı ilə uduzan milli komanda son qarşılaşmasında Kiprə qalib gəlib -​ 2:1. Həmin matçda Azərbaycan yığmasının ikinci qolunu məhz Qurgenidze vurub.

Xəstəliyi üzə çıxdıqdan sonra o, Türkiyədə müayinədən keçib və müalicəsini Gürcüstanda davam etdirib.
Qeyd edək ki, Nino Qurgenidze 2016-cı ildən Azərbaycanın aşağı yaşlılardan ibarət yığmalarına dəvət alıb. O, əvvəlcə U-17, daha sonra U-19 millisində forma geyinib.

Allah rəhmət eləsin!


34396 oxunub

InvestAZ