XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



PSJ-dən 13-cü çempionluq
İdman 10:07 / 25.07.2020

İyulun 24-də futbol üzrə Fransa kubokunun final görüşü keçirilib.​​ Turnirin həlledici görüşü "Stad de France” stadionunda "Paris Sen-Jermen” və "Sent-Etyen” komandaları arasında oynanılıb.

Gərgin keçən görüş "Paris Sen-Jermen” klubunun minimal hesablı qələbəsi ilə başa çatıb - 1:0. Oyunda yeganə qolun müəllifi 14-cü dəqiqədə braziliyalı Neymar olub.
Qarşılaşmada baş hakim oyunda 11 sarı və 1 qırmızı vərəqə göstərib.
Matçın 31-ci dəqiqəsində "Sent-Etyen” klubunun müdafiəçisi Loic Perrin kobud oyuna görə meydandan kənarlaşdırılıb.
Beləliklə, final görüşündə qələbə qazanan "Paris Sen-Jermen” tarixində 13-cü dəfə bu titula yiyələnib.
Qeyd edək ki, Fransa çempionatının 2019-2020-ci il mövsümünün qalibi məhz "Paris Sen-Jermen” olub.


31431 oxunub

InvestAZ