XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



“Qoca sinyora” çempionluq yolunda xal itirdi
İdman 10:06 / 24.07.2020

İtaliya A Seriyasında 35-ci turun növbəti oyunu keçirilib.

Turnir cədvəlinin lideri "Yuventus” səfərdə "Udineze” komandasının qonağı olub.
Görüş gözlənilmədən "Udineze”nin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Oyunda hesabı "Yuventus” matçın 42-ci dəqiqəsində Mateas De Liqtin sayəsində açıb.
Fasilədən sonra 52-ci dəqiqədə meydan sahibləri hesaba tarazlıq gətirib. İlija Nestorovski fərqlənib. Oyunun son dəqiqələrində "Udineze” rəqibini əks hücumda yaxalayaraq qələbə topunu vurub. Seko Farfana adını tabloya yazdırıb.
Bu qələbə sayəsində "Udineze” xal ehtiyatını 39-a çatdıraraq turnir cədvəlində 15-ci yerə yüksəlib.​​ "Yuventus” isə 80 xalla birinci yerdədir.



29714 oxunub

InvestAZ