XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



UFC-nin daha bir döyüşü ləğv edildi
İdman 18:00 / 23.07.2020

Mütləq Döyüş Çempionatının (UFC) "Fight Night 173” turniri çərçivəsində avqustun 2-də keçirilməsi planlaşdırılan qadınlar arasında əsas yarış ləğv edilib.

Bu barədə UFC rəhbəri Dana Uayt "Instagram”dakı səhifəsində məlumat verib. Məlumatda bildirilib ki, yarışın iştirakçılarından biri - yüngül çəkidə UFC-nin keçmiş çempionu, meksikalı MMA ustası İrene Aldana koronavirus infeksiyasına yoluxduğu üçün turnir baş tutmayacaq. İ.Aldana amerikalı döyüşçü Helli Holm ilə döyüşməli idi. Döyüşün avqustun 2-nə keçən gecə Las-Veqasda keçirilməsi planlaşdırılırdı.
UFC-də 18 döyüş keçirən 38 yaşlı H.Holm bu qarşılaşmaların 13-də qalib gəlib, 5 dəfə məğlub olub. Otuz iki yaşlı İ.Aldana isə 17 döyüşün 12-də qələbə qazanıb.



32994 oxunub

InvestAZ