XƏBƏR LENTİ
19 Aprel 2024
18 Aprel 2024
17 Aprel 2024



Tokio-2020​ azarkeşsiz keçiriləcək?
Olimpiya oyunları 14:00 / 23.07.2020

Tokio Yay Olimpiya Oyunlarının Təşkilat Komitəsinin rəhbəri Yosiro Mori yarışı​ azarkeşsiz keçirməyi düşünə biləcəklərini istisna etməyib.​ Funksioner bu barədə yerli NHK telekanalına müsahibəsində bildirib. O, hazırda olimpiadanı tamaşaçısız təşkil etməyi nəzərdən keçirmədiklərini söyləsə də, bunun yeganə mümkün ssenari olub-olmadığını düşünmələrinin gərəkliyini vurğulayıb. ​

Mori hazırkı vəziyyətdə Tokio-2020-nin ləğvinin də mümkünlüyünü sözlərinə əlavə edib.​
Xərclərin azaldılması​ və infeksiyanın yayılmasının qarşısının alınması​ üçün azarkeş​ sayını ixtisara salmaq​ planları barədə suala cavab olaraq Mori qeyd edib ki, bu, çətin vəzifədir, çünki müəyyən meyarların işlənilməsini tələb edir. O, nümunə kimi yalnız Yaponiyada daimi yaşayanların idman obyektlərinə buraxılma​ variantını​ göstərib.
Qeyd edək ki, Tokio olimpiadası 2021-ci il 23 iyul - 8 avqustda gerçəkləşəcək.​


29242 oxunub

InvestAZ