XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Onlayn turnir davam edir
İdman 12:07 / 23.07.2020

Azərbaycanın və Ukraynanın qadın şahmatçıları arasında start götürən onlayn turnir davam edir. Yarışda hər komandanın tərkibində 10 şahmatçı mübarizə aparır.

Turnirin birinci günündə rapid üzrə oyunlarda komandamız, demək olar ki, bərabər mübarizə nümayiş etdirib.​ Ukrayna yığması komandamızdan 1 xal hesabı ilə üstün olub (25,5:24,5).
Bu gün komandamız rapid üzrə daha 5 turda mübarizə aparacaq. İyulun 23-də isə blits qarşılaşmaları keçiriləcək.
Yığmamızın heyətində Günay Məmmədzadə, Gülnar Məmmədova, Xanım Balacayeva, Türkan Məmmədyarova, Ülviyyə Fətəliyeva, Nərgiz Umudova, Nərmin Xələfova, Zeynəb Məmmədyarova, Xəyalə Abdulla və Gövhər Beydullayeva yer alıblar.
Üç gün davam edəcək yarış 20 iyul - Beynəlxalq Şahmat Günü münasibətilə təşkil olunub. Turnir SOCAR, eləcə də Azərbaycan və Ukrayna Şahmat federasiyalarının təşkilatçılığı ilə baş tutub.


34767 oxunub

InvestAZ