XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



La Liqada hakim qərarlarından ən çox faydalanan klub
İdman 11:02 / 23.07.2020

Futbol üzrə İspaniya çempionatında cari 2019-2020-ci il mövsümü ilə bağlı araşdırma aparılıb.​ La Liqanın saytında yer alan xəbərə görə, hakimlərin idarəçilikləri və verdikləri qərarlarla bağlı statistika tutulub.​ Aparılan araşdırmada məlum olub ki, cərimələr, vərəqələr və digər göstəricilərdə cari mövsüm ərzində hakim qərarlarından ən çox faydalanan klub "Real Madrid” olub. İlk beşlikdə, həmçinin müvafiq olaraq "Atletiko”, "Selta”, "Sevilya” və "Vilyarreal” yer alıblar.

Mövsümü ikinci pillədə tamamlayan "Barselona” isə bu baxımdan 15-ci pillədə qərarlaşıb. Kataloniya təmsilçisi 1995-1996-cı il mövsümündən bəri birinci dəfə üç əsas göstəricidə (penalti, qırmızı vərəqə, sarı vərəqə) mənfi balansla çempionatı bitirib.
Qeyd edək ki, La Liqada cari mövsümdə 87 xal toplayan "Real Madrid” komandası çempion olub.


32891 oxunub

InvestAZ