XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Ümumdünya Şahmat Olimpiadası start götürdü
İdman 10:10 / 23.07.2020

Bu​ gün​ onlayn formatda Ümumdünya Şahmat Olimpiadası start götürüb.​ Beş divizion üzrə keçiriləcək yarışda 163 komanda iştirak edir. Bu gündən Olimpiada çərçivəsində seçmə yarışlar başlayıb. Azərbaycan komandası 40 ən güclü yığmanın yer aldığı "Top-divizion”da mübarizə avqustun 22-də başlayacaq. Olimpiada avqustun 30-dək davam edəcək.

Bu nüfuzlu yarışda ölkəmizi Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Günay Məmmədzadə, Gülnar Məmmədova, Vüqar Əsədli və Xanım Balacayeva təmsil edəcəklər. Ehtiyat oyunçular siyahısına isə Rauf Məmmədov, Qədir Hüseynov, Türkan Məmmədyarova, Ülviyyə Fətəliyeva, Aydın Süleymanlı və Gövhər Beydullayevanın adları daxil edilib. Komandamızın kapitanı Eltac Səfərli və Rəhim Qasımov olacaq.
Xatırladaq ki, Ümumdünya Şahmat Olimpiadası ilk dəfə 1927-ci ildə Londonda keçirilib. Yarış 1950-ci ildən başlayaraq iki ildən bir keçirilir. Azərbaycan 2016-cı ildə 42-ci Ümumdünya Şahmat Olimpiadasına ev sahibliyi edib. Sonuncu – 43-cü Olimpiada Batumidə təşkil olunub.



42354 oxunub

InvestAZ