XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Superliqa futbolçularından neqativ nəticə
İdman 18:16 / 22.07.2020

Çin Superliqasında çıxış edən futbolçulardan götürülən bütün koronavirus testinin nəticəsi neqativ çıxıb.

"Xinhua" agentliyinin yaydığı xəbərə görə, pandemiyaya görə dayandırılan çempionat şənbə günü başlayacağı üçün bütün klubların heyətinin vəziyyəti yoxlanılıb.
Superliqada çıxış edən 16 komandada 1870 nəfərdən koronavirus testi götürülüb və heç bir yoluxma faktı aşkarlanmayıb.
Çin Futbol Federasiyası​ fevral ayının 22-də start götürməli olan çempionatın koronavirus pandemiyasına görə iyulun 25-də başlayacağını bildirmişdi. Bundan əlavə, oyunların Suzhou və Dalian şəhərlərində oynanılacağı və futbolçulardan hər həftə koronavirus testi götürüləcəyi də qeyd edilib.
Xatırladaq ki, koronavirus pandemiyasının başlanğıc nöqtəsi Çinin Uhan şəhəri hesab olunur.


32385 oxunub

InvestAZ