XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Müddətsiz müqavilə və genişləndirilmiş səlahiyyətlər
İdman 13:24 / 22.07.2020

Madrid "Real"ının prezidenti Florentino Peres komandanın baş məşqçisi Zinəddin Zidanın işindən razıdır. AS nəşrinin yaydığı xəbərə görə, klub rəhbəri buna görə fransalı mütəxəssisə müddətsiz müqavilə təklif etməyə və onun səlahiyyətlərini genişləndirməyə hazırdır. Bildirilib ki, Peres Zidanın klubda istədiyi qədər baş məşqçi işləməsini, daha sonra idman direktoru vəzifəsində çalışmasını istəyir. Prezidentin fikrincə, "Mançester Yunayted"ə 26 il baş məşqçilik etmiş Aleks Fergüsson kimi Zidan da "Real"da qala bilər. Qeyd edək ki, Zidanın "Kral klubu" ilə müqaviləsi 2022-ci ilin yayında başa çatır. Onun rəhbərliyi altında komanda cari mövsüm İspaniya çempionu olub.


31743 oxunub

InvestAZ