XƏBƏR LENTİ
24 Aprel 2026
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Azərbaycan Premyer Liqasının XIX turuna yekun vurulub
İdman 10:42 / 04.03.2019

Martın 3-də futbol üzrə Azərbaycan Premyer Liqasının XIX turuna yekun vurulub. Turun sonuncu matçında "Keşlə” çempion "Qarabağ"ı qəbul edib.
Matç Ağdam təmsilçisinin minimal hesabla qələbəsi ilə başa çatıb - 1:0. Oyunda yeganə qolu 16-cı dəqiqədə Araz Abdullayev vurub.
Bu nəticədən sonra "Qarabağ" 41 xalla "Neftçi" ilə liderliyi bölüşür. Son iki pillədə qərarlaşan "Keşlə" və "Sumqayıt"ın 16 xalı var.
Xatırladaq ki, ilk oyun günüdə "Neftçi"i evdə "Sabah"ı üç cavabsız qolla məğlub etdiyi halda, "Səbail" - "Sumqayıt" duelində qalib müəyyənləşməyib - 0:0. Bu gün keçirilən "Zirə" və "Qəbələ" komandalarının görüşündə 1:1 hesablı heç-heçə qeydə alınıb.

31308 oxunub

InvestAZ