XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



144 ildən sonra ilk dəfə ləğv olunan çempionat
İdman 19:18 / 21.07.2020

ABŞ-ın Atletika Federasiyası bu mövsüm milli çempionatın təxirə salındığını bəyan edib.1876-cı ildən keçirilən, hətta müharibələr zamanı belə ləğv olunmayan çempionat​ bu ilin sentyabr ayına planlaşdırılırdı. Lakin COVİD 19 pandemiyası səbəbi ilə federasiya çempionatın keçirilməsini təxirə salıb. "Təhlükəsizlik problemlərini aradan qaldırmaq gözlənildiyi kimi asan olmadı. Bizə ölkənin müxtəlif regionlarından olan idmançıların iştirakı ilə kütləvi tədbir keçirmək tövsiyə edilmir”, - deyə federasiyadan bildiriblər.

Turnir 2021-ci ilin iyun ayında Yujində keçirilməsi planlaşdırılır. Həmçinin 2020-ci il avqustun 14-də Monakoda təşkil olunacaq Brilliant Liqa yarışlarında ABŞ idmançılarının iştirakı da istisna deyil. Beynəlxalq Atletika Federasiyası hələki bu qərarı ləğv etməyib.


32156 oxunub

InvestAZ