XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



“Women's Speed Chess Championship” turnirinin qalibi müəyyənləşdi
İdman 17:10 / 21.07.2020

İyulun 20-də sürətli şahmat üzrə onlayn "Women's Speed Chess Championship” yarışının super final qarşılaşması keçirilib. Həlledici oyunda Ukrayna şahmatçısı Anna Uşenina Rusiya təmsilçisi Aleksandra Kostenyuku 14,5:13,5 hesabı ilə məğlub edərək yarışın qalibi olub. Qeyd edək ki, 21 şahmatçının iştirak etdiyi turnir 4 Qran-Pri mərhələsindən ibarət olub və ən çox xal toplayan şahmatçılar super finala vəsiqə əldə ediblər. Belə ki, A.Kostenyuk 24 xal, A.Uşenina isə 22 xalla həlledici oyunda iştirak hüququ qazanıblar. Rusiyanın daha bir təmsilçisi Valentina Qunina da 22 xal toplamasına baxmayaraq ukraynalı şahmatçı əlavə göstəricilərə görə finala çıxıb.

Azərbaycan şahmatçısı Günay Məmmədzadə Qran-Prinin ilk üç mərhələsində iştirak etsə də, çıxışı uğurlu olmayıb.


32130 oxunub

InvestAZ