“Mişka”nın müəllifi vəfat etdi
İdman 16:32 / 21.07.2020
Məşhur rəssam Viktor Çijikov vəfat edib. Rəssam 84 yaşında dünyasını dəyişib. O, Moskva Olimpiadasının simvolu olan "Mişka”nın müəllifi kimi məşhurlaşıb.
1980-ci ildə keçirilən Moskva Olimpiadasını 60 ölkə boykot etmişdi. Həmin ölkələr SSRİ-nin Əfqanıstana ordu yeritməsinə etiraz əlaməti olaraq bu addımı atmışdılar.
Olimpiadada ən çox medalı da elə SSRİ idmançıları qazanmışdılar – 195 (80 qızıl, 69 gümüş, 46 bürünc).
32158 oxunub