XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Amerikalı qaçışçı yalan danışır?
İdman 18:29 / 20.07.2020

Rio-2016 Yay Olimpiya oyunlarının 200 metr qaçış üzrə​ iştirakçısı Cica Stivens 18 ay müddətinə​ diskvalifikasiya olunub. Səbəb atletin dopinq tesdən boyun qaçırması olub. 25 yaşlı amerikalı qaçışçı bu cəza ilə​ barışmaq istəmir. O, bildirib ki, mənim bundan xəbərim yoxdur. Dopinq üzrə​ yoxlanış aparan məmurlar bir neçə​ dəfə​ təqsirkarla​ əlaqə​ saxlamaq istəsələr də, bu alınmayıb. Cica Stivens gah telefonunu söndürüb, gah da qapını açmayıb. Hətta o, bir dəfə​ mobil nömrəsini də​ dəyişib. «Doğrusu heç bir yalanı qəbul etmirəm. Telefonumun enerjisi qurtardığı üçün mənə​ zəng çatmayıb. Məmurların qapını döyməyini də​ eşitməmişəm. Çünki çox bərk yatıram. Nömrəmi dəyişmişəm, ona görə​ ki, mənə​ naməlum zənglər gəlir. Bu isə​ məni narahat edir», - deyə​ amerikalı atlet açıqlama verib.​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​


32650 oxunub

InvestAZ