XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Messidən növbəti rekord​
İdman 15:14 / 20.07.2020

"Barselona"nın və​ Argentina futbol yığmasının hücumçusu Lionel Messi öz karyerasında yeddinci dəfə​ İspaniya çempionatının​ ən yaxşı bombardiri olub.

Messi 33 matçda 25 qol vuraraq, "Real”ın hücumçusu Kərim Benzemanı (37 matçda 21 qol) və​ "Vilyarreal"ın hücumçusu Jerar Morenonu (35 oyunda 18 qol) qabaqlayıb.
Daha​ əvvəl Messi mövsümün nəticəsinə​ görə​ İspaniya çempionatının​ ən yaxşı bombardirinə​ verilən mükafatı qazanıb.
33 yaşlı argentinalı "Barselona”nın yetirməsidir. Forvard cari mövsümdə​ bütün turnirlədrə​ 42 matçda iştirak edərək 30 qol vurub və​ 26 məhsuldar ötürmə​ edib.


31698 oxunub

InvestAZ