XƏBƏR LENTİ
24 Aprel 2026
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



El klassiko: yenə həmin dalğa, həmin koordinat
İdman 12:00 / 03.03.2019

Martın 2-də İspaniya La Liqasında 26-cı turun mərkəzi qarşılaşması
keçirilib.
Madrid "Real” lı​ "Santyaqo Bernabeu” stadionunda əzəli rəqibi "Barselona” komandasını qəbul edib.
Görüş Kataloniya təmsilçisinin minimal hesablı qələbəsi ilə başa çatıb–1:0.
Oyunda yeganə qol matçın 26-cı dəqiqəsində vurulub. İvan Rakitiç komndasına 3 xal gətirən qolun müəllifi olub. Bu qələbə sayəsində "Barselona” xallarının sayını 60-a çatdırıb. "Real” isə 48 xalla üçüncü yerdə qərarlaşıb.
Qeyd edək ki, bu, La Liqada 178-ci "El klassiko” olub. İndiyədək keçirilən görüşlərin 72-də "Real”, 71-də isə "Barselona” qalib gəlib. Otuz dörd oyun heç-heçə başa çatıb. "Barselona” birinci dövrədə (10-cu tur) matçda rəqibini böyük hesabla məğlub etmişdi - 5:1. Ernesto Valverdenin rəhbərlik etdiyi kollektiv fevralın 28-də "Real”i İspaniya Kral kubokunun yarımfinalında iki görüşün nəticəsinə əsasən üstələyərək finala vəsiqə qazanıb. 
33285 oxunub

InvestAZ