XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Messi növbəti tarixi rekorda doğru
İdman 12:17 / 19.07.2020

"Barselona”nın hücumçusu Lionel Messi bu gün İspaniya La Liqasında tarixi rekorda imza ata bilər.​​ O, bu gün yeddinci dəfə İspaniya çempionatının bombardiri olmağa çox yaxındır. Messi indiyədək altı dəfə (2010, 2012, 2013, 2017, 2018, 2019-cu​​ illər) bombardirə verilən "Piçiçi” mükafatının sahibi olub.

Bu nəticəyə görə argentinalıya şərik olan yalnız Telmo Zarradır (1945, 1946, 1947, 1950, 1951, 1953).
Beləliklə, bu gün argentinalı artıq 7-ci dəfə İspaniya çempionatının bombardiri adını qazanmış ilk futbolçu kimi tarixə düşə bilər.
​​ Bu mövsüm Messi La Liqada 23 qol vurub. Onun ən yaxın izləyicisi, "Real”ın hücumçusu Kərim Benzemanın ehtyatında 21 qol var.
Bu gün İspaniya çempionatının sonuncu – 38-ci turunda "Barselona” "Alaves”lə, "Real” isə "Leqanes”lə qarşılaşacaq.


33634 oxunub

InvestAZ