XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Zinədin Zidan: “Biz bunu bacardıq”
İdman 16:16 / 17.07.2020

"Real Madrid” klubunun baş məşqçisi Zinəddin Zidan çempionluq titulunu qazandıqdan sonra komandanın futbolçularına müraciət edib. O, futbolçulara minnətdarlığını bildirib və bu titulun onun üçün xüsusi olduğunu bildirib.
"İlk növbədə oyunçulara meydanda sona qədər mübarizə apardıqları üçün təşəkkür edirəm. Düzdür, mənim müəyyən mənada öz rolum var. Lakin mən hər zaman onların yanındayam, bu komanda işidir. Bu böyük hadisədir. İspaniya Liqasında qalib olmaq çox çətindir. Mən çox emosional insanam və bu möhtəşəm komandada olmaq üçün çox şadam. Belə ki, onlar həqiqəqtən mübarizə aparırlar. 10 qarşılaşmadan 10 qələbə, bu möhtəşəm nəticədir. Əldə etdiklərim üçün özümü çox xoşbəxt hiss edirəm. İlk qələbə əla idi. Çünki biz iki ay evdə olduq və yarışlar bərpa olunandan sonra tamami ilə fərqli məşq etməyə başladıq. Biz bunu bacardıq. Bu, hər birimizin qələbəsidir. Çünki biz bir komandayıq”, - deyə təcrübəli mütəxəssis bildirib.


36248 oxunub

InvestAZ