XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



"Səbail" növbəti oyunçu ilə müqaviləyə xitam verdi
İdman 14:40 / 17.07.2020

"Səbail"də daha bir ayrılıq baş verib. Müdafiəçi Şəhriyar Rəhimovla yollar ayrılıb. Bu barədə klub rəsmi saytı vasitəsilə məlumat yayıb. Bakılılar "iki möhtəşəm mövsümə görə təşəkkür edirik" yazaraq, milli komandamızın üzvünün gedişini açıqlayıb. Cinah oyunçusunun gələn ilin yayına qədər olan müqaviləsinə xitam verilib.
Qeyd edək ki, bu, yay fasiləsində "Səbail"də 3-cü gediş olub. Buna qədər paytaxt təmsilçisi Maykl Essyenlə vidalaşıb, həmçinin icarədə çıxış edən Fəhmin Muradbəylini müqavilə ilə məxsus olduğu "Neftçi"yə qaytarıb.


44660 oxunub

InvestAZ