XƏBƏR LENTİ
24 Aprel 2026
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Voleybolçularımızın rəqibləri bu gün müəyyənləşəcək
İdman 10:02 / 29.01.2019

Bu gün İstanbulda qadın voleybolçulardan ibarət komandalar arasında Avropa çempionatının püşkü atılacaq. Azərbaycan millisi püşkatma zamanı üçüncü səbətdə yer alacaq. Azərbaycan ilə yanaşı, Belarus, Ukrayna və Fransa yığmaları da bu səbətdə qərarlaşıblar.
Birinci səbətdə Serbiya, Hollandiya, İtaliya, Rusiya, ikinci səbətdə Almaniya, Belçika, Bolqarıstan, Xorvatiya, dördüncü səbətdə Rumıniya, Finlandiya, İspaniya, Sloveniya, beşinci səbətdə isə Portuqaliya, İsveçrə, Yunanıstan və Estoniya yığmaları yer alıblar.
Püşkün nəticəsinə görə, milli komandalar beş qrupda mübarizə aparacaqlar.
Avropa çempionatı avqustun 23-dən sentyabrın 8-dək Türkiyə, Polşa, Macarıstan və Slovakiyada təşkil olunacaq.
Qeyd edək ki, 2017-ci il Avropa çempionatına Azərbaycan və Gürcüstan birgə ev sahibliyi edib.

30162 oxunub

InvestAZ