XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



DÇ-2022: Final "Lusail" stadionunda olacaq
İdman 16:39 / 16.07.2020

2022-ci ildə Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatının təqvimi açıqlanıb. FIFA-nın rəsmi saytı xəbər verir ki, mundialın açılış matçı noyabrın 21-də yerli vaxtla 13:00 (Bakı vaxtı ilə 14:00) ev sahibi komandanın iştirakı ilə 80 min azarkeş tutumuna malik "Al Bayt" stadionunda keçiriləcək.

Final qarşılaşması isə dekabrın 18-də saat 18:00-da (Bakı vaxtı ilə 19:00) "Lusail" arenasında olacaq.
Qrup mərhələsinin matçları 21 noyabr - 2 dekabr tarixləri arasında baş tutacaq. 1/8 finalın oyunları 3-6 dekabr, 1/4 final qarşılaşmaları 9-10 dekabr, yarımfinal görüşləri isə 13-14 dekabrda oynanılacaq.
3-cü yer uğrunda matç isə dekabrın 17-də Dohadakı "Xəlifə" stadionunda keçiriləcək.


32970 oxunub

InvestAZ