XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



İnsanları tribunada robotlar əvəz etdi
İdman 15:10 / 16.07.2020

Yaponiyanın "Fukuoka SoftBank Houks” beysbol klubu komanda himninin sədaları altında azarkeşlərin adətən oyundan əvvəl ifa etdikləri rəqsin hərəkətlərini təkrarlamaq üçün robotları tribunalara çıxardıblar.

Koronavirus pandemiyası səbəbi ilə Yaponiyada beysbol yarışları iyunun 19-dan etibarən​ tribunalarda tamaşaçıların olmaması şərti ilə bərpa edilib. 40 min nəfərdən çox insan tutumuna sahib olan Fukuoka Dome Stadionuna​ 40-dan çox robot dəvət edilib. İnsana bənzər «SoftBank Pepper» və «Boston Dynamik»in «Spot» it robotları tribunalarda insanları əvəz edib. Rəqs edən robotlardan bəziləri​ «Hawks»dan olan papaq ilə əllərindəki bayraqları havada dalğalandırıblar.
Qeyd edək ki, robotları istehsal edən «Pepper» həmçinin həmin klubun sahibidir. Bu robotu Yaponiya ərazisində koronavirus ilə mübarizə aparmaq üçün istifadə edirlər. Həmçinin robot koronavirusa yoluxmuş insanların yerləşdiyi otellərdə fəaliyyət göstərir.


33017 oxunub

InvestAZ