XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



“Azarkeşlərsiz​​ yarışların​​ ab-havası​​ yoxdur”
İdman 18:00 / 15.07.2020


"Mersedes”in pilotu Luis Hamilton Formula 1-in pandemiya şəraitində insanlar arasında əlaqələri minimuma endirmək üçün​​ Ştiriya Qran-Prisi​ yarışlarının mükafatlandırma mərasimi zamanı istifadə etdiyi mexaniki tumbalar haqqında fikirlərini bildirib.

"Tumbalardan kuboku qəbul etmək qəribə hiss idi. Hesab edirəm ki, robot-arablar ağılasığmazlıqdır. Hərkəs virus səbəbi ilə testləri verib və ehtiyat tədbirlərinə riayət edir. Kubokun mənə uzaqdan atılmasını və ya başqa bir yol ilə təqdim edilməsinə razı idim. Ümumiyyətlə, hər şey çox qəribədir. Yarış müddətində hər şey əvvəlki kimi olduğu görünür. Xüsusi ilə də Spielberqdə, çünki burada azarkeşlərin oturacaqları​ trassdan uzaqda yerləşir və onları görmək çətindir. Lakin avtomobildən çıxdıqda hər şeyin necə dəyişdiyini görmək mümkündür. Azarkeşlərsiz yarışların ab-havası yoxdur sanki.​​ Azarkeşlər üçün çox darıxıram”,​​ -​​ deyə idmançı bildirib.


32092 oxunub

InvestAZ