XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Olimpiadaya qeydiyyat müddəti uzadıldı
İdman 14:42 / 15.07.2020

Beynəlxalq Şahmat Federasiyası (FIDE) Ümumdünya Şahmat Olimpiadasına qeydiyyat müddətini uzadıb.

Milli federasiyalara iyulun 16-dək vaxt verilib.
Koronavirus pandemiyası səbəbindən olimpiada ilk dəfə onlayn formatda keçiriləcək. İyulun 22-də start götürəcək yarışa avqustun 30-da yekun vurulacaq.
Olimpiadada ölkəmizi Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Günay Məmmədzadə, Gülnar Məmmədova, Vüqar Əsədli və Xanım Balacayeva təmsil edəcəklər. Ehtiyat oyunçular siyahısına isə Rauf Məmmədov, Qədir Hüseynov, Türkan Məmmədyarova, Ülviyyə Fətəliyeva, Aydın Süleymanlı və Gövhər Beydullayevanın adları daxil edilib. Komandamızın kapitanı Eltac Səfərli və Rəhim Qasımov olacaq.
Qeyd edək ki, divizionların tərkibi hələ açıqlanmayıb. Azərbaycan yığmasının 40 komandanın yer alacağı "Top-divizion”da mübarizə aparacağı gözlənilir.
Olimpiada iki mərhələdən ibarət olacaq.​​ Öncə komandalar 4 divizionda – Top, I, II və III divizionda mübarizə aparacaqlar. Ardınca pley-off mərhələsi baş tutacaq.
Xatırladaq ki, Ümumdünya Şahmat Olimpiadası ilk dəfə 1927-ci ildə Londonda keçirilib. Yarış 1950-ci ildən başlayaraq iki ildən bir təşkil olunur. Azərbaycan 2016-cı ildə 42-ci Ümumdünya Şahmat Olimpiadasına ev sahibliyi edib.​​ Sonuncu – 43-cü Olimpiada Batumidə təşkil olunub.



34385 oxunub

InvestAZ