XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Yığmalarımızın reytinqi dəyişmədi
İdman 18:47 / 14.07.2020

Beynəlxalq Voleybol Federasiyası (FİVB) milli komandaların reytinq siyahısını açıqlayıb.​ Koronavirus pandemiyası üzündən beynəlxalq səviyyədə qarşılaşmalar keçirilmədiyi üçün iyul ayının cədvəlində ciddi dəyişiklik olmayıb. Qadın voleybolçulardan ibarət Azərbaycan yığması da siyahıda mövqeyini qoruyub. Aktivində 127 xal olan təmsilçimiz yenə cədvəldə 26-dır. Millimiz 25-ci sıradakı Xorvatiyadan 4 xal geri qalır, 27-ci olan Meksikanı 1 xal qabaqlayır.​

Qadınlardan ibarət komandaların siyahısının liderləri də dəyişməyib. İlk üç pillədə Çin (391), ABŞ (382) və Braziliya (328) qərarlaşıb.​
Fərid Cəlalovun rəhbərlik etdiyi kişilərdən ibarət Azərbaycan millisi də mövqeyini qoruyub. Təmsilçimiz 101 xalla 58-ci pillədədir. Komandamız 57-ci olan İsraildən 4 xal geri qalırsa, 59-cu yerdəki Pakistanı 1 xal qabaqlayır.​​ İlk sıralarda isə Braziliya (427), Polşa (384) və ABŞ (365) qərarlaşıb.


36848 oxunub

InvestAZ