İdman 13:21 / 14.07.2020
Avropa Triatlon İttifaqı (ETU) avqustda üç turnirin keçiriləcəyini açıqlayıb. 28-30 avqustda Estoniyanın Tartu şəhərində Avropa çempionatı təşkil olunacaq.
Hazırda Ukraynada təlim-məşq toplanışında olan Azərbaycan millisinin qitə birinciliyində iştirakı nəzərdə tutulub.
Avqustda, həmçinin Latviyada və Polşada yeniyetmələr arasında Avropa kuboku yarışları təşkil olunacaq.