XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Keşlə Şamaxıya yollandı ​
İdman 16:23 / 13.07.2020

Azərbaycanı Avropa Liqasında təmsil edəcək "Keşlə" bu gündən təlim-məşq toplanışına başlayacaq. Paytaxt təmsilçisi bunun üçün Şamaxıya yollanıb. Karantin rejiminin tətbiq edilmədiyi bölgələrdə hazırlıq keçmək icazəsi verildiyindən, baş məşqçi Tərlan Əhmədov yetirmələrini Şamaxı Olimpiya İdman Kompleksində hazırlaşdıracaq. Komanda səfərə yollanmazdan əvvəl koronavirus testindən keçib. Nəticə hamıda neqativ çıxıb və rəhbərlik lazımi orqanlara bunu təqdim etdikdən sonra Şamaxıya gedib. Digər avrokubok iştirakçılarımız "Qarabağ", "Neftçi" və "Sumqayıt" isə təlim-məşq toplanışını Qəbələdə keçirməyi planlaşdırır.

Qeyd edək ki, Avropa Liqasında I təsnifat mərhələsinin oyunları avqustun 27-də baş tutacaq.


32697 oxunub

InvestAZ