XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Prezident Messinin klubda qalacağına əmindir​
İdman 15:43 / 13.07.2020

"Barselona"nın prezidenti Xosep Bartomeu kapitan Lionel Messinin komandada qalacağını növbəti dəfə bəyan edib. Bartomeu argentinalı superulduzla yeni müqavilə ilə bağlı danışıqların davam etdiyini vurğulayıb.

Prezident hətta Leonun uzun illər oynayacağına da əmindir: "Biz Messi ilə danışıqları davam etdiririk. O, karyerasını burada bitirmək istəyir və onun "Barselona"da qalacağına şübhəm yoxdur. Hər il yenilikləri ilə seçilir və hamıdan çox qol vurur. Messi komandanın istənilən oyun üslubuna uyğunlaşır və matçlarda çıxışı ilə əlavə üstünlük gətirir. Onun 2025-ci ildə də oynayacağını asanlıqla təsəvvür edə bilirəm".
Qeyd edək ki, Lionel Messi cari mövsüm ümumilikdə 40 oyunda 27 qol vurub, 23 məhsuldar ötürmə verib.


40034 oxunub

InvestAZ