XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Tennisçilərlə videomüşavirə keçiriləcək
İdman 15:05 / 13.07.2020

ABŞ-da koronavirusla bağlı vəziyyət ürəkaçan olmadığına görə bəzi tennisçilər mövsümün bərpasından sonra bu ölkəyə yollanmaq istəmir. Bu məsələ ilə əlaqədar hətta "US Open”in keçirilməsi də sual altındadır.

ATP tennisçilərlə ABŞ-da keçirilməli olan turnirlərin bərpası ilə bağlı videomüşavirə keçirəcək. Bu barədə İspaniya mətbuatı məlumat yayıb. Qurumun rəhbərliyi tennisçilərin mövqeyini öyrənmək istəyir. Bəzi raketka ustaları ABŞ-da koronavirusla bağlı vəziyyətin acınacaqlı həddə çatmasına görə bu ölkəyə yollanmaq istəmir. Ümumiyyətlə, tennisçilərin əksəriyyəti mövsümün sentyabr ayında bərpa edilməsini arzulayır. Onlar Avropada torpaq kortlarda keçiriləcək turnirlərdə yarışmağı planlaşdırırlar. ATP oyunçularla videokonfrans təşkil etdikdən sonra onların məşqçiləri ilə də eyni formatda müşavirə keçirməyi planlaşdırır.
Müzakirə olunacaq məsələlərdən biri də tibbi sığorta ilə bağlı narahatlıqdır. Belə ki, tennisçilər ABŞ-da koronavirusa yoluxandan sonra təzminat almağı da fikirləşirlər.



31791 oxunub

InvestAZ