XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Sabiq​​ niderlandlı​​ müdafiəçi​​ vəfat​​ etdi
İdman 13:58 / 13.07.2020

"Ayaks"ın​​ və​​ Niderland​​ milli​​ komandasının​​ sabiq​​ müdafiəçisi​​ Vim​​ Surbir​ 75​​ yaşında​​ vəfat​​ edib.​​ Bu​​ barədə​​ klubun​​ rəsmi​​ saytında​​ məlumat​​ verilib.​​ Klub keçmiş müafiəçisinin ölümünə görə təəssüf hissi keçirdiyini bildirib.

Surbir 16 yanvar 1945-ci ildə Eyndhovendə anadan olub. "Ayaks"ın heyətində (1964-1977) 7 dəfə Hollandiya çempionluğunu, 4 dəfə Hollandiya Kubokunu, 3 dəfə Çempionlar Liqasını (Çempionlar Kuboku), 2 dəfə Avropa Super Kubokunu qazanan mərhum futbolçu bir dəfə klublararası dünya çempionluğuna sahib çıxıb. O, daha sonra Almaniyanın "Şalke 04", ABŞ-ın "Los Anceles Aztecs", Hollandiyanın "Sparta" klublarında oynayıb.​
Surbir Niderland millisinin heyətində 60 oyun keçirərək, 3 qol vurub. 1974 və 1978-ci illərdə Dünya çempionatının gümüş medallarını qazanan sabiq müdafiəçi 1976-cı ildə Avropa çempionatının bürünc medalına sahib çıxıb.


36614 oxunub

InvestAZ