XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Tennisçilərə təzminat ödəniləcək
İdman 11:10 / 11.07.2020

Bu il Avstraliya açıq tennis turniri keçirilsə də, pandemiya digər 3 "Böyük dəbilqə” seriyalı turnirin təşkil edilməsinə mane oldu. "Rolan Qarros” və "US Open” turnirləri başqa vaxta keçirilib.

"Uimbldon” turniri sığortalandığına görə ləğv edilib. Böyük Britaniyadakı turnirin təşkilatçıları tennisçiləri də unutmayıb. Belə ki, "Uimbldon”un təşkilat komitəsi turnirdə iştirak etməyə hazırlaşan 620 tennisçiyə təzminat ödəmək qərarına gəlib. Əslində, turnirin rəhbərliyinin üzərində belə bir öhdəliyi yox idi. Amma sığorta şirkətindən yarışın təşkil olunmayacağına görə yardım alan "Uimbldon” rəhbərliyi tennisçiləri də nəzərə almaq fikrinə düşüb. Bunun üçün tennisçilərə ümumilikdə 11 milyon funt sterlinq ayrılıb.
Britaniya mətbuatının məlumatına görə, təsnifat mərhələsində iştirak etməli olan 224 tennisçi 12,5 min funt sterlinq qazanacaqdsa, fərdi yarışların əsas mərhələsində çıxış etməli olan raketka ustaları 25 min dollar təzminat alacaqlar. Cütlüklərin yarışlarında mübarizə aparacaq 120 tennisçi 6,25 min, əlillərin yarışında çıxış edəcək 16 tennisçi 6 min funt sterlinqə sahib çıxacaq.


32637 oxunub

InvestAZ