XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Avropa Liqasında rəqiblər müəyyənləşdi – yenilənib
İdman 15:16 / 10.07.2020

Avropa Liqasının 2019/20 mövsümünün Almaniyada təşkil olunacaq final mərhələsinin püşkatma mərasimi keçirilib.

İsveçrənin Nyon şəhərindəki tədbirdə bir oyundan ibarət olacaq 1/4 və 1/2 final mərhələlərinin, həmçinin final matçının püşkü atılıb.

Koronavirus pandemiyası üzündən Avropa Liqasının 1/8 final mərhələsi martda yarımçıq dayandırıldığından püşkatmada 8 cüt iştirak edib. Qonşu Türkiyənin təmsilçisi "Başakşəhər”in də mümkün rəqibləri bəlli olub. İstanbullular "Kopenhagen” səddini keçsə, LASK (Avstriya) – "Mançester Yunayted” (İngiltərə) cütünün qalibi ilə üz-üzə gələcək.

1/4 final

​ "Volfsburq” (Almaniya) – "Şaxtyor” (Ukrayna) cütünün qalibi - "Ayntraxt” (Almaniya) – "Bazel” (İsveçrə) cütünün qalibi

LASK (Avstriya) – "Mançester Yunayted” (İngiltərə) cütünün qalibi - "Başakşəhər” (Türkiyə) – "Kopenhagen” (Danimarka) cütünün qalibi

​ "İnter” (İtaliya) – "Xetafe” (İspaniya) cütünün qalibi - "Reyncers” (Şotlandiya) – "Bayer” (Almaniya) cütünün qalibi

​ "Olimpiakos” (Yunanıstan) – "Vulverhempton” (İngiltərə) cütünün qalibi - "Sevilya” (İspaniya) – "Roma” (İtaliya) cütünün qalibi

1/2 final

​ 4-cü cütün qalibi - 2-ci cütün qalibi

3-cü cütün qalibi - 1-ci cütün qalibi

Final

5-ci cütün qalibi - 6-cı cütün qalibi

Qeyd edək ki, 1/8 final mərhələsinin cavab oyunları avqustun 5-6-da olacaq. Almaniyanın Köln, Duysburq, Düsseldorf və Helzenkirhen şəhərlərində baş tutacaq 1/4 final oyunları isə 10-11-də, 1/2 final 16-17-də, final 21-də keçiriləcək.


34430 oxunub

InvestAZ