XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Futbolçu motosiklet qəzasında həlak oldu
İdman 14:21 / 10.07.2020

Sinqapur yığmasının sabiq futbolçusu Hafiz Rəhim faciəvi şəkildə həlak olub. İdmançının ölümünə motosiklet ilə hərəkət edərkən yol-nəqliyyat hadisəsi səbəb olub. Keçmiş futbolçunun ölüm xəbərini Sinqapur futbol Assosiasiyası təsdiqləyib. 36 yaşlı Hafiz Rəhim ailəlidir və üç uşağı var.

Qeyd edək ki, futbolçunun karyerasında sonuncu klub Sinqapurun "Tampins Rovers” klubu olub. Bundan başqa, o, yerli "Uorriors”, "Qombak Yunayted” və "Qeyland Yunayted” klublarında çıxış edib. H.Rəhim 2009-cu ildə "Geyland Yunayted” in şərəfini qoruyaraq ölkə kubokunu qazanıb. 2014-cü ildə isə "Uorriors” un heyətində çempionluq titulunu əldə edib. Həmçinin Hafiz Rəhim 2011-2014-cü illərdə Sinqapur millisinin şərəfini qoruyub və yer aldığı 9 oyunda bir qol vurub.


30910 oxunub

InvestAZ