XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Komandamız Praqaya​ 16​ cüdoçu​ ilə yollanacaq
İdman 11:37 / 10.07.2020

Çexiyanın​ Praqa​ şəhərində​ böyüklər​ arasında​ keçiriləcək​ cüdo​ üzrə​ Avropa​ çempionatında​ Azərbaycanı 9​ kişi, 7​ qadın​ olmaqla​ 16​ cüdoçu​ təmsil​ edəcək.​​ Komandamızı heyətində kişi cüdoçulardan Kəramət Hüseynov (60 kq), Nicat Şıxəlizadə (66 kq), Rüstəm Orucov (73 kq), Murad Fətiyev, Hidayət Heydərov (hər ikisi 81 kq), Məmmədəli Mehdiyev (90 kq), Elmar Qasımov, Zelim Kotsoyev (hər ikisi 100 kq), Uşangi Kokauri (100 kiloqramdan yuxarı) mübarizə aparacaqlar. Qadınların mübarizəsində isə ölkəmizi Aişə Qurbanlı, Leyla Əliyeva (hər ikisi 48 kq), Gültac Məmmədəliyeva (52 kq), Aleksandra-Larisa Florian, İçinkorloo Münxtsedev (hər ikisi 57 kq), Günel Həsənli (70 kq), İrina Kindzerska (78 kiloqramdan yuxarı) təmsil edəcəklər. Qitə çempionatı noyabrın 8-dən 10-dək keçiriləcək.


31541 oxunub

InvestAZ