XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Şamaxıda stadion inşa olunur
İdman 10:16 / 10.07.2020

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) müvafiq infrastrukturun inkişaf etdirilməsi məqsədilə yeni layihənin icrasına start verib.

AFFA​ ilə Şamaxı​ Rayon​ İcra​ Hakimiyyətinin​ birgə​ layihəsi​ əsasında​ yeni​ stadionun​ inşasına​ başlanıb. Şamaxıda​ 2200​ azarkeş​ tutumuna​ malik​ və​ müvafiq​ standartlara​ cavab​ verən​ əsas​ stadiondan​ başqa,​ süni​ örtüklü​ iki​ meydançanın​ da​ inşası​ nəzərdə​ tutulur. Əsas​ meydançanın​ tribunalarının​ üstü​ qapalı​ olacaq.​ Süni​ örtüklü​ meydançalarda​ isə ümumilikdə 300​ azarkeş üçün​ oturacaqlar​ quraşdırılacaq. Əsas​ meydançanın​ ətrafında​ qaçış​ zolağı​ da​ quraşdırılacaq.
Stadionun​ inşasının​ maliyyələşdirilməsi​ UEFA-nın​ "Hat-trick”​ layihəsi​ və​ AFFA-nın​ büdcəsi​ hesabına​ həyata​ keçiriləcək.
İnşaat​ işlərinin​ gedişi​ və​ digər​ texniki​ məsələlər​ barədə​ vaxtaşırı​ məlumat​ veriləcək.


31666 oxunub

InvestAZ