XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Alonso 2 ildən sonra Formula 1-ə qayıtdı
İdman 17:19 / 09.07.2020

Fransanın​ "Reno”​ komandası​ Fernando​ Alonso​ ilə​ müqavilə​ bağlaması​ barədə​ rəsmi​ məlumat​ yayıb. İkiillik​ fasilədən​ sonra​ Formula​ 1 üzrə​ ispaniyalı​ ikiqat​ dünya​ çempionu​ yenidən​ "kral​ yürüş”lərində​ iştirak​ edəcək.​ Gələn​ il​ üçün​ iddialı​ olan​ komanda​ bunun​ üçün​ texniki​ potensialını​ artırmağa​ çalışır. Üstəlik​ "Reno”da​ peşəkar​ pilota​ da​ ehtiyac​ duyulur.

Növbəti​ mövsümdən​ Fransa​ təmsilçisinin​ heyətində çıxış​ edəcək​ Alonso​ üçün​ "Reno”​ yad​ komanda​ deyil.​ O, 2003-cü​ ildə​ karyerasına​ məhz​ "Reno”da​ başlayıb. 2007-ci​ ilədək​ bu​ komandanın​ şərəfini​ qoruyan​ ispaniyalı​ pilot​ hətta​ "Maklaren”ə​ keçənə​ qədər​ iki​ dəfə​ dünya​ çempionu​ olub.
Xatırladaq​ ki,​ Alonso​ 2018-ci​ ildə​ Formula​ 1-dən​ ayrılaraq​ müxtəlif​ sürət​ kateqoriyalı​ yarışlarda​ qüvvəsini​ sınayıb.​ O,​ WEC, "La​ Manş 24​ saatı”​ və "Daytonun​ 24​ saatı”​ yarışlarının​ qalibi​ olub.​ Alonso​ sonuncu​ dəfə​ bu​ ilin​ əvvəlində "Dakar”​ ralli-marafonunda​ gücünü​ sınayıb.​ O,​ mətbuata​ açıqlamasında​ Formula​ 1-ə​ qayıtmaq​ istəyini​ dəfələrlə​ ifadə​ edib.


30824 oxunub

InvestAZ