XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



5 əvəzetmənin müddəti uzadılır
İdman 15:16 / 08.07.2020

Koronavirus pandemiyası üzündən yaranan fasilədən sonra klublara hər oyunda 5 əvəzetmə hüququnun verilməsi qaydasının müddəti uzadılacaq.

Beynəlxalq Futbol Assosiasiyaları Şurası (İFAB) bu yeniliyin növbəti mövsümün bütün matçlarında tətbiqinə icazə verəcək.
Öncədən bunun yalnız 2020-ci ilə aid olması barədə qərar qəbul olunmuşdu. Komandalar 2019/20 mövsümünün bərpadan sonrakı hissəsində və 2020/21 mövsümünün ilk yarısında 5 əvəzetmə hüququna malik idi.
İFAB-ın icazəsindən sonra hər liqa özü qərar verməkdə müstəqil olacaq. Qurum icazə ilə bağlı qərarını yaxın müddətdə açıqlamalıdır.
Bir müddət öncə bu qaydanın 2021-ci ilin yayında keçiriləcək AVRO-2020-də də tətbiq olunacağı iddia olunub.​
Qeyd edək ki, 5 əvəzetmə üç dəfəyə həyata keçirilməlidir.



31164 oxunub

InvestAZ