XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



“Milan”dan möhtəşəm geridönüş
İdman 10:07 / 08.07.2020

Futbol üzrə İtaliya A Seriyasının 31-ci turunun mərkəzi qarşılaşması keçirilib.​​ "Milan” klubu öz meydanında lider "Yuventus”u qəbul edib.​​ Görüş Milan təmsilçisinin 4:2 hesablı qələbəsi ilə başa çatıb.​​ Oyunda​​ bütün​​ qollar​​ birinci​​ hissədən​​ sonra​​ vurulub.​​ "Milan”nın​​ heyətində​​ Zlatan​​ İbrahimoviç,​​ Frank​​ Kessi,​​ Ante​​ Rebiç,​​ Rafael​​ Leao, "Yuventus”​​ isə​​ Kriştiano​​ Ronaldo​​ və​​ Adrien​​ Rabiot​​ fərqləniblər.​​ Turin klubu 7 ildən sonra çempionat matçında 4 top buraxıb.​​ Sonuncu dəfə 2013-cü ilin oktyabrında belə halla üzləşən "ağ-qaralar” həmin vaxt "Fiorentina”ya məğlub olub.​​ Maraqlıdır ki, həmin qarşılaşmada da 2:4 hesabı qeydə alınıb.

"Milan”ın "Yuventus”a 4 qol vurmasına isə sonuncu dəfə 31 il əvvəl təsadüf olunub. 1989-cu​ ilin martında milanlılar rəqibini 4:0 hesabı ilə darmadağın edib.
Qeyd edək ki, bu məğlubiyyətlə "Yuventus”un 7 matçlıq qələbə seriyası da qırılıb.​​ "Milan” klubu son beş oyundur ki, məğlub olmur.
Bu qələbədən sonra xal ehtiyatını 49-a çatdıran "Milan” turnir cədvəlində beşinci yerə yüksəlib.​​ "Yuventus” isə məğlub olmasına baxmayaraq, liderliyi davam etdirir (76 xal).
Turnir cədvəlində ikinci pillədə qərarlaşan "Latsio” səfərdə autsayder "Leççe”yə məğlub olub - 2:1. Bu, paytaxt təmsilçisinin ardıcıl ikinci məğlubiyyətidir. "Latsio” 30-cu turda məhz "Milan”a böyük hesabla məğlub olmuşdu - 3:0.


29830 oxunub

InvestAZ