XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



FİFA dünya çempionatı ilə bağlı qərarını təxirə saldı
İdman 15:23 / 07.07.2020

FİFA 2026-cı ildə baş tutacaq dünya çempionatının şəhərləri ilə bağlı qərarını təxirə salıb.

Ali futbol qurumu DÇ-2026-nın oyunlarının harada keçiriləcəyini açıqlamağa tələsmir.
Mundialı qəbul etmək üçün seçilən 3 ölkənin - ABŞ-Kanada-Meksika "trio"sunun ümumilikdə 23 şəhərinin namizədliyi qəbul olunub. ABŞ 17 şəhər, Kanada və Meksika isə hərəsi 3 şəhərin adını FİFA-ya təqdim edib. Yekun qərar martda verilməli idi. Lakin koronavirus pandemiyası səbəbindən iclas iyulun 7-nə təyin olunmuşdu. Qurum həmin toplantını daha bir neçə həftəlik təxirə salıb.
23 şəhərdən 16-sı dünya çempionatını qəbul edəcək. FİFA ABŞ-ın 17 namizəd şəhərindən 7-ni siyahıdan çıxaracaq.


31009 oxunub

InvestAZ