XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



“Reno” komandası ikiqat dünya çempionu ilə razılıq əldə etdi
İdman 10:20 / 07.07.2020

Mövsümün ilk Qran-Prisində heç də yaxşı nəticə göstərməyən "Reno” qarşıdakı ildə iddiasını artırmaq istəyir. Bunun üçün isə komanda texniki potensialını yüksəltməlidir. Üstəlik "Reno”nun yüksək səviyyəli pilota da ehtiyacı var.

"Reno” Fernando Alonso ilə razılığa gəlib. İspaniya mətbuatının məlumatına görə, yaxın günlərdə Fransa komandası Formula 1 üzrə ikiqat dünya çempionu ilə anlaşdığını ictimaiyyətə elan edəcək. Əslində Alonsonun "Reno” ilə danışıqlar apardığı haqda məlumatlar çoxdan dolaşırdı. Sadəcə, bu komandanın yeni mövsümə hazırlaşması prosesi bir qədər yubadırdı.
Alonso "Reno” üçün yad pilot da deyil. O, 2003-cü ildə karyerasına məhz "Reno”da başlayıb. 2007-ci ilədək bu komandanın şərəfini qoruyan ispaniyalı pilot hətta "Maklaren”ə keçənədək iki dəfə dünya çempionu da olmuşdu.
Xatırladaq ki, Alonso 2018-ci ildə Formula 1-dən ayrılaraq müxtəlif sürət kateqoriyalı yarışlarda qüvvəsini sınayıb. O, WEC, "Le Manın 24 saatı” və "Daytonun 24 saatı” yarışlarının qalibi olub. Alonso son olaraq bu ilin əvvəlində "Dakar” ralli-marafonunda gücünü sınayıb.​​ O, dəfələrlə mətbuata açıqlamasında Formula 1-ə qayıtmaq istədiyini söyləyib.


30934 oxunub

InvestAZ