XƏBƏR LENTİ
24 Aprel 2026
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Şirkətdən hicablı qadınlar üçün maraqlı təklif
İdman 16:18 / 01.03.2019

Fransanın məşhur idman brendi mart ayında qaçış üçün xüsusi hicablar istehsal edəcək.
Fransanın səhiyyə naziri Aqnes Buzin bu təşəbbüsü kəskin qarşılayıb. Buzin RTL televiziya kanalına verdiyi müsahibədə bildirib ki, hicablı qaçış formalarını "Decathlon” brendinin stendlərində görmək istəmir.
Xarırladaq ki, bu formalar müsəlman qadınların idman vaxtı rahatlığını təmin etmək üçün nəzərdə tutulub. Nazir isə deyir ki, doğrudur qanun bu geyimlərin satışına heç bir qadağa qoymur. Amma mən düşünürəm ki, bu hal ölkəmizin mədəniyyətinə, yaşam tərzinə ziddir. Mənə görə qadın da, kişi də eyni hüquqa malikdirlər. Siyasi xadim Düpon Enyansa brendin bu ideyasını boykot etməyə səsləyib. Doğrudur bu məhsul öncə yalnız Mərakeş üçün nəzərdə tutulmuşdu. Sonradan Fransada istifadəsinə də qərar verildi. Brend rəhbərliyi isə niyyətlərinin məsum olduğunu, və dinindən, dilindən fərqli olmayaraq bütün qadınlara rahatlıq bəxş etmək istədiklərini vurğulayıb. Bütün izahata baxmayaraq ölkədə "qaçan pərdə" mövzusu səngimir.

39437 oxunub

InvestAZ