XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



“Barselona” “Vilyareal” səfərindən qələbə ilə qayıtdı
İdman 13:50 / 06.07.2020

"Barselona" klubu İspaniya La Liqasında növbəti qələbəsini qazanıb.​ Kataloniya təmsilçisi 34-cü turda səfərdə "Vilyarreal"ı darmadağın edib - 1:4. Hesabı 3-cü dəqiqədə meydan sahiblərindən Pau Torres açıb. Lakin o, topu öz komandasının qapısına göndərib. 14-cü dəqiqədə Jerar Moreno bərabərlik qolunu vurub.​ 20-ci dəqiqədə "Barsa"nın heyətində Luis Suares, 45-ci dəqiqədə isə Antuan Qrizmann fərqlənib. Oyunda yekun nöqtəni isə 87-ci dəqiqədə Ansu Fati qoyub.​

Bu matçda Kataloniya təmsilçisinin kapitanı Lionel Messi qol vura bilməyib. Əvəzində o, ikinci və üçüncü topların məhsuldar ötürmələrini verib. Bununla da qol ötürmələrinin sayını 19-a çatdıran 33 yaşlı hücumçu şəxsi rekordunu yeniləyib. Argentinalı forvard həm də 22 qolla La Liqanın bombardiridir.​​ Siyahıda ikinci yerdə Madrid "Real"ının hücumçusu Kerim Benzema (17 qol) qərarlaşıb.​​ Qeyd edək ki, oyun həmçinin katalonların hücumçusu Luis Suares üçün də əlamətdar olub. Belə ki,​​ uruqvaylı futbolçu 20-ci dəqiqədə fərqlənməklə​​ klub tarixinin bombardirləri siyahısında 3-cü sıraya şərik olub. Kataloniya təmsilçisinin heyətində 194-cü qolunu vuran Suares​​ bu göstəricidə Laslo Kubalaya çatıb. O, 2-ci pillədəki Sezar Rodrigesdən 38 top geri qalır. "Barselona”nın rekordçusu isə 630 dəfə fərqlənən Lionel Messidir.
Qeyd edək ki, "Vilyarreal” üzərində qələbədən sonra xal hesabını 73-ə çatdıran barselonalılar La Liqanın turnir cədvəlində ikincidir.
La Liqaya aktivində 77 xal olan "Real Madrid" başçılıq edir.


29530 oxunub

InvestAZ