XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Çempion üstünlüyü ələ aldı
İdman 14:47 / 04.07.2020

Norveçli​​ dünya​ çempionu​​ Maqnus​​ Karlsen​ "Chessable​​ Masters”​​ yarışının​​ final​​ oyununun​​ ilk​​ matçında​​ hollandiyalı şahmatçı​​ Aniş​​ Qirini​​ məğlub​​ edib.​​ İyulun​ 3-də​​ onlayn​​ formatda​​ keçirilən​​ matçda​​ M.Karlsen​​ tay-brekdə​​ rəqibinə 3,5:2,5​​ hesabla​​ qalib​​ gəlib.

Bu​​ gün​​ mərhələnin​​ ikinci​​ matçı​​ oynanılacaq.​​ Qeyd​​ edək​​ ki, "Chessable​​ Masters”​​ M.Karlsenin​​ təşkilatçılığı​​ ilə​​ keçirilən​​ seriya​​ turnirinin​ üçüncü​​ mərhələsidir.​​ Bu mərhələnin B qrupunda mübarizə aparan Azərbaycan şahmatçısı Teymur Rəcəbov məğlub olduğu üçün yarışda iştirakını dayandırıb.​​ Turnirin mükafat fondu 150 min ABŞ dollarıdır.
Xatırladaq ki, beş yarışdan ibarət seriya turnirinin birinci mərhələsinin - "Magnus Carlsen Invitational” yarışının qalibi M.Karlsen olub. İkinci mərhələdə - "Lindores Abbey Rapid Challange” turnirində isə rusiyalı şahmatçı Daniel Dubov qələbə qazanıb. Seriya çərçivəsində növbəti mərhələ - "Legends of Chess” iyulun 21-dən avqustun 5-dək təşkil ediləcək. Avqustun 9-dan 20-dək isə böyük final keçiriləcək.


41353 oxunub

InvestAZ