XƏBƏR LENTİ
24 Aprel 2026
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Beynəlxalq reytinq turniri başa çatıb
İdman 10:50 / 30.01.2019

Respublika Şahmat Mərkəzində 16 yaşınadək (2003-cü il təvəllüdlü və daha kiçik yaşlı) şahmatçılar arasında beynəlxalq reytinq turniri başa çatıb.
Turnirdə 43 şahmatçı (onlardan 4-ü qızdır) birincilik uğrunda mübarizə aparıb. İsveçrə sistemi üzrə keçirilən yarışda yekun nəticəyə görə, birinci yeri 8,5 xalla Ayxan Mustafayev tutub. İkinci yerə 7 xalla Aqil İsrailov layiq görülüb. Üçüncü yerə isə 6,5 xalla (əmsal 53,5) Rüfət Əbdülbağıyev sahib olub.
Yarışın bağlanış mərasimində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin baş məsləhətçisi Salman Əbdülov və yarışın baş hakimi, beynəlxalq dərəcəli hakim Nurəli Məmmədzadə şahmatçıların idman ustalıqlarının artırılmasında, həmçinin onların erkən yaşlardan beynəlxalq reytinqə yiyələnməsində bu yarışın xüsusi rolunu vurğulayıb, qaliblərə və iştirakçılara gələcək yarışlarda uğurlar arzulayıblar.
Turnirdə ilk üç yeri tutmuş idmançılar, o cümlədən 6,5 xalla (əmsal 51,5) dördüncü yerə sahib olmuş Təbriz Nurəhməd və 6 xalla beşinci yerə layiq görülmüş (əmsal 50,5) İlkin Məmmədli müvafiq dərəcəli diplom, medal və pul mükafatları ilə təltif olunublar. Qızlar arasında ən yaxşı nəticə göstərmiş Zəhra İsrafilzadəyə (5 xal) Azərbaycan Şahmat Federasiyası tərəfindən hazırlanmış şahmat kitabı hədiyyə edilib.

30824 oxunub

InvestAZ