XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Çempionlar Liqası: Yeni mövsümünün təqvimi açıqlandı
İdman 14:00 / 02.07.2020

UEFA Çempionlar Liqasında 2020-2021-ci il mövsümünün təqvimi açıqlanıb. "Qarabağ” mübarizəyə avqustun 18/19-da birinci təsnifat mərhələsindən başlayacaq. Bunadək avqustun 8-11-də ilkin mərhələnin oyunları keçiriləcək. İkinci təsnifat mərhələsi avqustun 25-26-da, üçüncü təsnifat mərhələsi sentyabrın 15-16-da bir oyunluq sistemlə gerçəkləşəcək. Sentyabrın 22-də pley-off mərhələsinin ilk, sentyabrın 30-da cavab görüşləri təşkil olunacaq.

Qrup mərhələsində 6 tur müvafiq olaraq 20-21 sentyabr, 27-28 sentyabr, 3-4 noyabr, 24-25 noyabr, 1-2 dekabr və 8-9 dekabrda nəzərdə tutulub.
Səkkizdəbir final mərhələsinin ilk oyunları gələn ilin 16-17 fevral və 23-24 fevral, cavab görüşləri isə 9-10 mart və 16-17 mart tarixində oynanılacaq. Qitənin ən nüfuzlu klub turnirinin dörddəbir final oyunları 6-7 aprel, cavab görüşləri isə 13-14 aprel tarixlərində təşkil olunacaq.
Yarımfinal qarşılaşmaları 27-28 aprel, cavab görüşləri isə 4-5 mayda oynanılacaq.
Turnirin həlledici görüşü Türkiyənin İstanbul şəhərindəki "Atatürk" Olimpiya stadionunda mayın 29-da keçiriləcək.


46007 oxunub

InvestAZ