XƏBƏR LENTİ
24 Aprel 2026
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



İdman mütəxəssislərinə fəxri adlar verilib
İdman 13:17 / 01.03.2019


5 mart - Bədən Tərbiyəsi və İdman Günü münasibətilə idman mütəxəssislərinin bir qrupuna fəxri adların verilməsi ilə əlaqədar Gənclər və İdman Nazirliyində tədbir keçirilib.
Gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov 5 mart - Bədən Tərbiyəsi və İdman Gününün təsis edilməsinin ölkəmizin idman tarixində əlamətdar hadisə olduğunu bildirib. Nazir müavini müstəqil Azərbaycanda uğurlu idman strategiyasının təməlinin ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu diqqətə çatdırıb. Bildirib ki, hazırda bu strategiya dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir.
Ölkəmizdə idmanın inkişafına göstərilən dövlət qayğısından danışan İ.İsmayılov Azərbaycanda bu sahənin tərəqqisinə göstərilən diqqət və qayğının gələcəkdə yeni qələbələrə zəmin yaratdığını vurğulayıb.
Sonra 20 mütəxəssis Fəxri bədən tərbiyəsi və idman işçisi, 4 nəfər Respublika dərəcəli hakim, 5 nəfər Əməkdar idman ustası, 40 nəfər Əməkdar məşqçi adı ilə təltif olunub.
Mükafatları İ.İsmayılov və nazirliyin idman şöbəsinin müdiri Fərid Mansurov təqdim ediblər.

35099 oxunub

InvestAZ